Video Kolleksiyası
İstədiyiniz kateqoriyadan videolar və playlistləri seçin
Sübh namazının fərzi 2 rükətdir. #Daha ətraflı məlumat üçün instagram.com/ehlisunnemedresesi adresinə mesaj ata, yaxud +994(51) 383-1-484 "WhatsApp" tətbiqetməsi üzərindən mesaj ata bilərsiniz. 🟢 QUNUT DUASI; Şafei məzhəbində qunut duası əbad sünnədir (qüvvətli sünnədir), yəni tərk edildiyi zaman səhv səcdəsi edilər, səhv səcdəsi də etmək sünnədir. Ərəbcəsi: اَللَّهُمَّ اهْدِنِي فيِمَنْ هَدَيْتَ، وَعَافِنِي فيِمَنْ عَافَيْتَ، وَتَوَلَّنِي فيِمَنْ تَوَلَّيْتَ، وَبَارِكْ لِي فِيمَاأَعْطَيْتَ، وَقِنِي شَرَّمَا قَضَيْتَ، فَإِنَّكَ تَقْضِي وَلاَ يُقْضَى عَلَيْكَ، وَإِنَّهُ لاَيَذِلُّ مَنْ وَالَيْتَ، وَلاَيَعِزُّ مَنْ عَادَيْتَ، تَبَارَكْتَ رَبَّناَ وَتَعَالَيْتَ، فَلَكَ الْحَمْدُ عَلَى ماَقَضَيْتَ أَسْتَغْفِرُكَ الَّلهُمَّ وَأَتوُبُ إلَيْكَ وَصَلَّى اللهُ عَلَى سَيِّدِناَ مُحَمَّدٍ وَعَلَى آلِهِ وَصَحْبِهِ وَسَلَّمْ Oxunuşu: [ allahumməh dinii fiimən hədəyyyt, və ââfinii fiimən ââfəyyyt, və təvəllənii fiimən təvəlleyyyt, və bəəriklii fiiməə əâteyyyt, və qinii şərraməə qadəyyyt, fə innəkə təqdii və ləə yuqda âleyyyk, və innəhuu ləə yəžillu mən vəleyyyt, və ləə yəîzzu mən ââdəyyt, təbəəraktə rabbənəə və təââleyyyt, fələkəl h'əmdu âləə məə qadəyyyt, əstəğfirukəl lahummə və ətuubu ileyyyk, və sallallahu âləə seyyidinəə muh'əmmədin və âləə əəlihi və sah'bihi və səlləm ] Tərcüməsi: "Allahım! Hidayət verdiklərinlə bərabər məni də hidayətə çatdır, afiyət verdiklərinlə bərabər mənə də afiyət ver, himayə etdiklərinlə bərabər məni də himayə et, verdiklərini mənimçün bərəkətli qıl, Məni qəza və qədərinin şərrindən qoru. Çünki Sən hökm edirsən, Sənə hökm edilməz, himayə etdiyin kimsə zəlil olmaz, zəlil etdiyin kimsə də əziz olmaz. Xeyir və bərəkətin çoxdur, Sən çox ucasan. Qəza və qədərinin üzərinə həmd Sənə məxsusdur. Allahım, Səndən məğfirət diləyir və Sənə tövbə edirəm. Allahın salət və salamı Muhəmmədin ﷺ, alinin və əshabının üzərinə olsun". 🟢 TƏHİYYAT DUASI; Birinci təşəhhüddə (oturuşda) salavat əbad (qüvvətli) sünnədir, son təşəhhüddə salavat gətirmək fərzdir. Ən azı: "allahummə salli alə seyyidinə muhamməd" deməkdir. Fəqət Salli və Bərik salavatlarını oxumaq ən gözəlidir və bunlar oxunarsa, salavat da yerinə gətirilmiş olar. Ərəbcəsi; اَلتَّحِيَّاتُ الْمُبَارَكَاتُ الصَّلَوَاتُ الطَّيِبَاتُ لِلَّهِ ، السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ ، السَّلَامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لَا إلَهَ إلَّا اللَّهُ ، وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ ، أَللَّهُمَّ صَلِّ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ. Tələffüzü; [ əttəhiyyətul mubarəkətus saləvətut tayibətul lilləh, əssələmu aleykə əyyuhən nəbiyyu və rahmətullahi və bərakətuh, əssələmu aleynə və alə ibədilləhis salihin, əşhədu əllə iləhə illəllah, və əşhədu ənnə muhammədər rasulullah, allahummə salli alə seyyidinə muhamməd ] Oxunuşu; "Hər cür səlamlar, bol xeyir və bərəkətlər, bütün ibadətlər və gözəl sözlər Allah üçündür. Səlam, Allahın rəhmət və bərəkəti sənə olsun, ey Nəbi! Səlam bizim və Allahın saleh qullarının üzərinə olsun. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. Yenə şəhadət edirəm ki, Muhamməd Allahın rəsuludur". 🟢 SALLİ-BƏRİK DUALARI; Salli ərəbcəsi; اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ ﴿﴾ كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيم ﴿﴾ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ Tələffüzü; "Allahummə salli alə Muhammədin və alə əli Muhamməd. Kəmə salləytə alə İbrahimə və alə əli İbrahim. İnnəkə həmidun məcid". Tərcüməsi; "Allahım! Muhəmməd'ə və Muhəmməd'in ümmətinə rəhmət eylə; şərəfini ucalt. İbrahim'ə və İbrahim'in ümmətinə rəhmət etdiyin kimi. Şübhəsiz tərifə layiq yalnız Sənsən, şan və şərəf sahibi də Sənsən". Bərik ərəbcəsi: اللَّهُمَّ بَارِكَ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ ﴿﴾ كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيم ﴿﴾ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ Tələffüzü; Allahummə bərik alə Muhammədin və alə əli Muhamməd. Kəmə bəraktə alə İbrahimə və alə əli İbrahim. İnnəkə hamidun məcid". Tərcüməsi; "Allahım! Muhamməd'ə və Muhamməd'in ümmətinə xeyir və bərəkət ver. İbrahim'ə və İbrahim'in ümmətinə verdiyin kimi. Şübhəsiz tərifə layiq yalnız Sənsən, şan və şərəf sahibi də Sənsən". 🟢 Rükuda edilən zikrlər; ( سُبْحَانَ رَبِّىَ الْعَظِيمِ) [ subhənə rabbiyəl-azim ] | "Şanı Uca Rəbbim hər cür nöqsanlardan münəzzəhdir". 🟢 Səcdədə edilən zikrlər; (سُبْحَانَ رَبِّىَ ا‘عْلَى) [ sunhənə rabbiyəl-alə ] | "Şanı Uca Rəbbim hər cür nöqsanlardan münəzzəhdir".
3 video
İstədiyiniz kateqoriyadan videolar və playlistləri seçin
12 nəticə tapıldı